Natia Turnava - 2021-ci ilin büdcəsi iki əsas istiqaməti - vətəndaşlara və iqtisadiyyata qayğıyı nəzərdə tutur
Natia Turnava - 2021-ci ilin büdcəsi iki əsas istiqaməti - vətəndaşlara və iqtisadiyyata qayğıyı nəzərdə tutur

Parlamentə təqdim edilən 2021-ci ilin büdcəsi iki əsas istiqaməti – vətəndaşlara və iqtisadiyyata qayğıyı nəzərdə tutur, hansı ki, post-pandemiya dövründə bunlar çox aktual olacaq, – bu barədə bəyanatı İqtisadiyyat Naziri Natia Turnava verdi.

Nazirin dediyinə görə, 1400 000 000  larilik anti-böhran büdcəsi ilə, pandemiya üçün gərəkən xərclərə baxmayaraq, iqtidar əsas öhdəliklərini və vədlərini yerinə yetirə bilir.

“Müəllimlərin maaşları artır, pensiyaların indeksasiya mexanizmi qoşulur və pensiya artır. Həmçinin, istehsalçılar və kiçik biznes üçün də yardım nəzərdə tutulur.

Sadəcə bizim nazirliyimiz çərçivəsində, “Gürcüstanda istehsal et” və digər proqramlar üçün 150 milyon laridən artıq məbləğ ayrılıb.

Bu büdcə ölkəmizin iqtisadi bərpasını və insanlara verilən zərərin azalmasını nəzərdə tutur” – dedi nazir.