Natia Mezvrişvili - Xorava küçəsindəki qətl cinayəti işinin hərhansı istiqamətdə inkişaf edəcəyini istisna etmirəm
Natia Mezvrişvili - Xorava küçəsindəki qətl cinayəti işinin hərhansı istiqamətdə inkişaf edəcəyini istisna etmirəm

Baş Prokurorluq Xorava küçəsindəki qətl cinayıti işi ilə bağlı yalan ifadə verən yeniyetməyə qarşı rəsmi ittihamı bugün irəli sürəcək.

Bu barədə məlumatı Daxili İşlər Nazirinin müavini Natia Mezvrişvili verdi.

“İstintaq müxtəlif istiqamətlərdə davam edir və hadisələrin hərhansı istiqamətdə inkişaf edəcəyini istisna etmirəm” – dedi Mezvrişvili.

Xatırladaq ki, Xorava küçəsində baş verən qətl cinayəti ilə bağlı dünən yenə bir yeniyetmə, istintaqa yalan ifadə vermək ittihamı ilə həbs edildi.

Həbs edilən yeniyetmə öldürülən David Saralidzenin dostu idi.