Natalia Sabanadze - Gürcüstan üçün vizasız rejimin dayandırılmasının müzakirəsi planlaşdırılmır
Belçika Krallığı və Lyuksembuqrun böyük Hersoqluğunda Gürcüstanın səlahiyyətli və fövqəladə səfiri və Avropa İttifaqı ilə Gürcüstan missiyasının rəhbəri Natalia Sabanadzenin bəyanatına görə, Gürcüstan üçün vizasız rejimin dayandırılmasının müzakirəsi planlaşdırılmır.
Birinci kanal ilə söhbət edərkən, Sabanadze qeyd etdi ki, Avropa İttifaqının Komisiyasında dekabrın 20-nin hesabatı müzakirə olnur, ancaq onun Gürcüstana aidiyyatı yoxdur.
“Gürcüstan öz öhdəliyini yerinə yetirməyə davam etsin və ən önəmlisi odur ki, Gürcüstan vətəndaşları vizasız rejim qaydalarını pozmasınlar” – dedi Natalia Sabanadze.