Natalia Sabanadze - Gürcüstan prezidenti və Avroparlament arasında müsbət və dostca münasibətlər yarandı
Belçika Krallığı və Lüksemburq Hersoqluğunda Gürcüstanın səlahiyyətli səfiri və Avropa İttifaqı ilə Gürcüstan missiyasının rəhbəri Natalia Sabanadze Birinci Kanalla söhbət zamanı avroparlamentar Kler Mudinin məqaləsini dəyərləndirdi.
Kler Mudi öz məqaləsində Gürcüstan prezidenti Salome Zurabişvilinin Brüsselə səfərini qiyməntəldirdi.
Sabanadzenin qeyd etdiyinə görə, Kler Mudi Gürcüstan məsələlərinə fəal şəkildə qoşulan avroparlamentardır.
Sabanadze Salome Zurabişvilinin Brüsselə səfərinin əhəmiyyəti haqqında danışdı.
“Prezident Brüsseldə çox müsbət təsir təsir yaratdı və Kler Mudinin məqaləsi də bunu göstərir” – dedi Sabanadze.
Onun dediyinə görə, çox əhəmiyyətli faktdır ki, Kler Mudi Gürcüstanı regionun lideri adlandırır.
“Salome Zurabişvili ilə bərabər Gürcüstan daha da irəli gedəcək” – avroparlamentar Kler Mudinin məqaləsi bu başlıqla başlayır.
Məqalə Euroativ publikasiyasında yayılıb.