Narkotik maddələrin təsiri altında nəqliyyat vasitələrini sürmək aprelin birindən qanunla cəzalandırılacaq
Narkotik maddələrin təsiri altında nəqliyyat vasitələrini sürmək aprelin birindən qanunla cəzalandırılacaq

2019-cu ilin aprelin birindən nəqliyyat vasitələrinin narkotik, psixotrop və psiko-aktiv maddələrin təsiri altında sürülməsi qanunla cəzalandırılacaq.

Qanuna daxil edilən dəyişikliklərə əsasən, narkotik maddələrin təsiri altında avtomobilin sürülməsinə görə, ya pul cəriməsi, ya da bir ilə qədər həbs cəzası və həmçinin, 3 il müddəti ilə, nəqliyyat vasitəsini sürmək üçün qadağan nəzərdə tutulur.

Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qeyd olunan qanunun yerinə yetirilməsi məqsədi ilə, patrul polis departamentinin inspektorları müvafiq hazırlıqdan keçdilər.

Həmçinin, departamentin portativ alman narkotestləri də var, hansı ki, sükan arxasında olan şəxsin narkotik vasitəsinin təsiri altında olub-olmadığını onun tüpürüyü ilə müəyyən edir.

Nazirliyinin məlumatına görə, narkotik vasitələrinin təsiri altında nəqliyyat vasitəsinin sürülməsi üçün qanun cəzası Avropanın bir çox ölkələrində tətbiq olunur. Bunlar: Fransa, Almaniya, Holandiya, İtaliya, Polşa, Portuqaliya, Çexiya, Xorvatiya, Estoniya, Rumıniya, Finlyandiya, İsveç və sairədir.