Narkomaniyaya qarşı idarələrarası kooordinasiya şurası iclas keçirəcək
Ədliyyə nazirliyində Narkomaniyaya qarşı idarələrarası kooordinasiya şurasının iclası keçiriləcək.
İclasa koordinasiya şurasının sədri, nazir Tea Tsulukiani rəhbərlik edəcək.
İlkin məlumata görə, iclasda Daxili İşlər Naziri Giorgi Qaxaria da iştirak edəcək.
Narkomaniyaya qarşı idarələrarası kooordinasiya şurası iclasının keçirilməsi üçün Daxili İşlər Naziri Giorgi Qaxaria, Ədliyyə nazirinə yanvarın 17-də müraciət etmişdi.
Cavab olaraq isə, Tea Tsulukiani bəyan etdi ki, şura iclası yaxın günlərdə keçiriləcək.
Narkomaniyaya qarşı idarələrarası kooordinasiya şurasının bir orqan olaraq, məqsədi narkotik maddələrin qeyri-qanuni istifadəsi nəticəsində yaranan zərərin azaldılmasıdır.