"NamaxvanSES"-ə qarşı çıxanlar bəyan edirlər ki, çadırların açılması üçün təklif olunan ərazilər onlar üçün qəbuledilməzdir
"NamaxvanSES"-ə qarşı çıxanlar bəyan edirlər ki, çadırların açılması üçün təklif olunan ərazilər onlar üçün qəbuledilməzdir

“NamaxvanSES”-ə qarşı çıxanlar hakimiyyətin təklif etdiyi yerləri gözdən keçirdilər. Aksiya iştirakçıları üçün məqbul olan yer heç biri çıxmadı.

Hər 13 lokasiyanı gözdən keçirən aktivistlər vəyan edirlər ki, təklif olunan yerlərdə çadırların açılması və insanların təhlükəsizliyinin qorunması mümkün deyil.

SES-in tikintisinə qarşı çıxanlar deyirlər ki, onların istəyi Namaxvan kəndinə, köhnə yerlərinə qayıtmaqdır. Lakin onu da qeyd etdilər ki, onların bundan əvvəl çadırı açdığı yer, SES-in tikintisini həyata keçirən “ENKA” şirkətinə məxsusdur, bunda görə də etiraz yenə də Qumatidə keçirilir.

Xatırladaq ki, dövlət etiraz iştirakçılarına Namaxvani kəndində etirazın keçirilməsi üçün 13 alternativ lokasiya təflif etdi.