Nakerala keçidində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri respublika avtomobil yolunun 39 km-62-ci km hissəsində (Nakerala keçidi) qarla əlaqədar qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayıb.
İdarənin yaydığı məlumatda, digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin sərbəst olduğu deyilir.
Avtomobil Yolları İdarəsindən açıqlandığı üzrə, magistralın qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.