Nakerala dağ keçidində və Saçxere-Uzunta-Şkmeri-Zudali yolunda müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Nakerala dağ keçidində və Saçxere-Uzunta-Şkmeri-Zudali yolunda müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 

Avtomobil Yolları İdarəsinin yaydığı məlumatda Nakerala dağ keçidində və Saçxere-Uzunta-Şkmeri-Zudali yolunda müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi deyilir.

“İntensiv qar səbəbindən daxili dövlət əhəmiyyətli, Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39 km-62 km (Nakerala dağ keçidi) hissəsində, eləcə də daxili dövlət əhəmiyyətli Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağan edilib, yolun qalan hissəsində isə nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir”- deyə məlumatda deyilir.