Nakerala dağ keçidində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Nakerala dağ keçidində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.
“Qar səbəbilə Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri respublika avtomobil yolunun 39 km- 62 km (Nakerala dağ keçidi) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Avtomobil yolunun qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – məlumatda qeyd olunub.