Nakerala dağ keçidində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Nakerala dağ keçidində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatında intensiv qar səbəbindən daxili dövlət əhəmiyyətli Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39km-62-km (Nakerala dağ keçidi) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi, digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin sərbəst olduğu deyilir.

Yolun qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.