Nakerala dağ keçidində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qar uçqunu təhlükəsi, çovğun, görmə məsafəsinin pisləşməsi və güclü qar səbəbindən respublika əhəmiyyətli Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 44 km-46 km hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib-bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin yaydığı məlumatda deyilir.
Magistral yolun qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.