Nakerala dağ keçidi və Saçxere-Uzunta-Şkmeri-Zudali yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Nakerala dağ keçidi və Saçxere-Uzunta-Şkmeri-Zudali yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
“Həyata keçirilmiş təmizləmə işləri nəticəsində, daxili dövlət əhəmiyyətli Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39 km – 62 km (Nakerala dağ keçidi) hissəsində və Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib” – məlumatda qeyd olunub.