Nakerala aşırımında yüngül avtomobillərin hərəkəti bərpa edilib
Nakerala aşırımında yüngül avtomobillərin hərəkəti bərpa edilib

Kutaisi (Mozameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun daxili əhəmiyyətli, km 39-km 62-ci hissəsində (Nakerala aşırımı) yüngül avtomobillərin hərəkəti bərpa olunub. – Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin bəyanatında deyilir.

Qurumdan verilən məlumata görə, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Avtomobil Yolları İdarəsinin məlumatında qeyd edildiyi kimi, magistralın qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.