Nakerala aşırımında və Saçxere (Sareki)-Uzunta-Sxmeri-Zudali yolunda qoşqu və yarımqoşquların hərəkəti qadağandır
Nakerala aşırımında və Saçxere (Sareki)-Uzunta-Sxmeri-Zudali yolunda qoşqu və yarımqoşquların hərəkəti qadağandır

Güclü qarla əlaqədar dövlətlərarası Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun 39-cu km 62-ci hissəsində (Nakerala aşırımı) və Saçxere (Sareki)-Uzunta-Sxmeri-Zudali yolunda qoşqu və yarımqoşquların hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.

Onların öz məlumatına görə, sözügedən hissədə digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.