Nakerala aşırımında qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Nakerala aşırımında qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır

Qarla əlaqədar Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri respublika avtomobil yolunun 39 km- 52-ci km hissəsində (Nakerala aşırımı) qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.

Qurumdan verilən məlumata görə, sözügedən hissədə digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Magistral yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.