Nakerala aşırımında qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Nakerala aşırımında qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib.
“Təmizləmə işləri nəticəsində ölkədaxili əhəmiyyətə malik Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun 39-52-ci kilometrlik(Nakerala aşırımı) hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib”, – məlumatda qeyd olunur.
Müəllif -
Mehemmed Bayramaliyev