Nakerala aşırımında qoşqu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Nakerala aşırımında qoşqu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat verilib.
“Görülən təmizləmə işləri nəticəsində, ölkədaxili əhəmiyyətə malik Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun, 39-62 km-lik (Nakerala aşırımı) hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib”, – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunur.
Müəllif -
Mehemmed Bayramaliyev