Nakerala aşırımında qoşqu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağandır
Nakerala aşırımında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.
“Qarla əlaqədar olaraq dövlətdaxili əhəmiyyətə malik Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun, 39-62 km-lik (Nakerala aşırımı) hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib, digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Magistralın qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir”, – məlumatda deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev