Naira Gelaşvili Xalq Müdafiəçisinə "Tolerantlığın dəstəkçisi" mükafatını geri qaytardı
Naira Gelaşvili Xalq Müdafiəçisinə  "Tolerantlığın dəstəkçisi" mükafatını geri qaytardı

Yazıçı Naira Gelaşvili Xalq Müdafiəçisinə “Tolerantlığın dəstəkçisi” mükafatını geri qaytardı.
Naira Gelaşvilinin dediyinə görə, onun etirazına səbəb “Avropa Gürcüstanının” liderlərindən biri, Qiqa Bokeriya və “Rustavi 2” teleşirkətinə “Tolerantlığın dəstəkçisi” mükafatının verilməsi oldu.
“Xalq Müdafiəçisinin, onun aparatının ideyasıdır ki, zaraklıq edənlərə deyil, zəiflərə dəstək, müdafiəsizləri müdafiə etməkdir. O, “Milli Hərəkatın” başçılarına, cinayətkarlara “Tolerantlığın dəstəkçisi” mükafatını verdi, özü də 7 noyabrın onilliyində. “Milli Hərəkat” həmin insanların iştirakı ilə, görünməmiş qırğın və insanların dağıdılmasını həyata keçirdi. “Rustavi 2″ isə bu bədxahlığın rupor və həmiştirakçısı idi”, – Naira Gelaşvili bəyan edir.
“Tolerantlığın dəstəkçisi” mükafatını Qafqaz Evi, bir neçə il bundan əvvəl, milli və dini azlıqların dəstəyinə görə almışdır.