Nadzaladevi rayonunda məktəblərdən birində baş verən hadisə nəticəsində bir neçə şagird profilaktika məqsədilə klinikalara aparılıb
Tbilisinin Nadzaladevi rayonunda yerləşən 32 saylı ictimai məktəbdə baş verən hadisə nəticəsində bir neçə şagird profilaktika məqsədilə klinikalara aparılıb, hərçənd onların heç birinin vəziyyəti ağır deyil. Bu barədə Gürcüstanın Birinci Kanalına Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzindən məlumat verilib.
15-ə yaxın şagirdin klinikaya aparıldığı deyilir.
Yayılmış məlumata əsasən, uşaqlar məktəbdə bibər qazı atıblar.
Təhsil Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar mövcud mexanizmlərin nəzərdə tutduğu üzrə profilaktika məqsədilə məktəbə təcili tibbi yardım və patrul polisi çağırıblar.