Nadzaladevi rayonunda qarajlar əvəzinə rekriasiya məkanı təşkil edildi
Nadzaladevi rayonunda qarajlar əvəzinə rekriasiya məkanı təşkil edildi

Nadzaladevi rayonunda, Sotne Dadiani II m/rayonunda 54 qaraj söküldükdən sonra II korpusun yaxınlığında meydança, idman meydançası və avtomobil parkinqi təşkil edildi. Yeni istirahət məkanının sahəsi 4500 kv.m-dir.

Tbilisi Meriyasından verilən məlumata görə, layihə çərçivəsində uşaq attraksionları, idman trenajorları, futbol meydançası, parkinq infrastrukturu, işıqlandırma şəbəkəsi və suvarma sistemi təşkil edilib, ağac tingləri əkilib, ot örtüyü salındı.

Yeni istirahət və idman meydançasını Tbilisi merinin müavini Kaxa Quledani, Nadzaladevi rayonunun qamqebelisi İrakli Andğuladze və Tbilisi Sakrebulosunun deputatı İrakli Xeladze gözdən keçirdilər. Onlar yerli əhali ilə görüşdülər.

“220 ailənin yaşadığı bu ünvanda sadəcə siması olmayan qarajlar var idi. 54 qarajın sökülməsindən sonra istirahət, idman meydançası və avtomobil parkinqi təşkil edildi. Yeni meydançadan həm binanın sakinləri, həm də ətraf küçələrin sakinləri yararlanırlar. Bu, yerli sakinlər üçün çox əhəmiyyətli layihədir, çünki bu perimetrdə əvvəllər belə bir istirahət məkanı olmayıb”, – İrakli Andğuladze bəyan etdi.

Bununla, Meriyanın məlumatına görə, layihənin dəyəri 561 000 lari təşkil edir. İşlər Nədzaladevi rayon qamqeobasınıb maliyyəsi ilə həyata keçirildi.