Ali Radanın reqlament komitəsi xalq deputatı Nadejda Savçenkonun imunitetinin ləğv edilməsi və onun həbs edilməsi haqqında qərarı dəstəklədi.
Bu barədə məlumatı LB.ua agentliyi yayır.
Müvafiq qərarı komitə üzvləri bir səslə dəstəklədilər.
Komitə iclasında Nadejda Savçenkonun özü və Ukraynanın prokuroru Yuri Lutsenko iştirak edirdilər.
İclas Savçenko və Lutsenko arasında sözlü qarşıdurma fonunda keçdi.
Martın 15-də Yuri lutsenko bəyan etdi ki, Nadejda Savçenko Ukrayna parlamentində terakt planlaşdırırdı.
Daha sonra isə, Savçenko bəyan etdi ki, Petro Poroşenkonun yaxınları onun likvidasiyasını planlaşdırırdılar.
Reqlament komitəsində çıxış edərkən o separatistlər tərəfindən nəzarət edilən ərazilərə silah nəql etdiyini etiraf etdi, ancaq bəyan etdi ki, bunu provokasiya məqsədi ilə edirdi. Savçenkonun dediyinə görə, o teraktın təşkili haqqında danışıqları iqtidarın izini silmək üçün aparırdı.
Ukrayna medyasının məlumatına görə, Savçenko Vladimer Ruban işinin fiqurantıdır.
Ruban separatistlər tərəfindən nəzarət edilən ərazidən silah nəql etdiyi zaman həbs edildi.
istintaqın məlumatına görə, Ruban prezident Petro Poroşenko və digər güc strukturlarının nümayəndələrinə qarşı hücum etməyi planlaşdırırdı.