“Mziuri parkı”nın yaxınlığında Vere çayının sahilinin təmizlənməsi işləri aparılır.
Tbilisi Meriyasının MMC “ECOSERVICE GROUP”un əməkdaşları Vere çayının sahilində bir hektara qədər ərazini ot və bitki köklərindən təmizləyirlər. Sözügedən işlərin bir hissəsi artıq tamamlanıb.
Aparılan işlər çərçivəsində eləcə də çayın sahilində zərər görmüş ağac və bitkilər kəsilib. Tbilisinin meri Kaxa Kaladze müavinləri Andria Basilaia və İrakli Bendeliani ilə birlikdə sözügedən işlərlə yerindəcə tanış olub.
“Ağac və bitkilərlə dolu olan Vere çayının yatağı təmizlənir. Pis hava şəraitində problem yaranmaması üçün yataq tam təmizlənəcək. Konkret hissədə işlər bir neçə günə yekunlaşacaq, sonra növbəti hissəyə keçəcəyik. Bu işlər hər yaz aparılır” – deyə Kaxa Kaladze açıqlayıb.
Vake rayonunun icra başçısı Davit Kvinikadze və MMC “ECOSERVICE GROUP”un direktoru Vaxtanq Nozadze Kaxa Kaladze ilə birlikdə ərazidə olublar.