Müvəqqəti təcridxanada çəkilən video-kadrların saxlanma müddəti 24 saatdan 120 saata qədər artır
Müvəqqəti təcridxanada çəkilən video-kadrların saxlanma müddəti 24 saatdan 120 saata qədər artır

Müvəqqəti yerləşdirilmə təcridxanasında çəkilən video-kadrların saxlanma müddəti 24 saatdan 120 saata qədər artır, – qeyd olunan dəyişikliklər haqqında məlumatı Gürcüstanın Daxili İşlər Nazirinin müavini Natia Mezvirişvili, BMT-nin Ali Komisar ofisinin dəstəyi ilə keçirilən təqdimatda verdi.

Daxili İşlər Nazirliyi müvəqqəti təcridxanaların inkişafı istiqamətində yeni tədbirlər həyata keçirir.

Bu dəyişikliklər çərçivəsində təcridxanalarda infrastrukturanın, video gözətləmə sisteminin inkişafı və təcridxanaya yerləşdirilən məhbusların tibbi xidmətlərinin və qidalarının keyfiyyətinin artırılması planlaşdırılr.

Fevralın sonunda Axalkalakidə yeniləşdirilmiş təcridxana açılacaq.

Həmçinin, ölkə miqyasındaki bütün təcridxanalarda tibb xidməti olacaq.