Müvəqqəti istintaq komissiyasının ilk iclası sabah keçiriləcək
Müvəqqəti istintaq komissiyasının ilk iclası sabah keçiriləcək

Xorava küçəsində baş verən qətl işini öyrənən müvəqqəti istintaq komissiyasının ilk iclası sabah keçiriləcək, burada da komissiyanın nizamnanəsini qəbul edəcəklər, – bu barədə komissiyanın sədri, Serqi Kapanadze Nino Lomcariya ilə görüşdən sonra bəyan etdi.

Onun dediyinə görə, nizamnamə, iyunun 11-də parlamentin büro iclasında təsdiq olunacaq.

“Sabah Zaza Saralidze və onun nümayəndəsi ilə görüşüm olacaq. Həmçinin komissiyanın ilk iclası keçiriləcək, burada da komissiya nizamnanəsini qəbul edəcək. Bazarertəsi büro komissiyanın nizamnaməsini təsdiq etməlidir və bundan sonra komissiya səlahiyyətli olacaqdır ki, işinə başlasın”, – Serqi Kapanadze bəyan etdi.

Xalq Müdafiəçisi ilə görüşə gəldikdə, deputatın bəyan etdiyinə görə, Nino Lomcariya ilə sıx əməkdaşlıq və məlumatın mübadiləsi barəsində razılığa gəldilər.