Müvəqqəti istintaq komisisyasının sədri Sergi Kapanadze Zaza Saralidze ilə görüşdü
Müvəqqəti istintaq komisisyasının sədri Sergi Kapanadze Zaza Saralidze ilə görüşdü

Tbilisidə, Xorava küçəsindəki qətl cinayətinin istintaqını aparan müvəqqəti komisiyanın rəhbəri Serrgi Kapanadze, öldürülən yeniyetmənin atası Zaza Saralidze ilə görüşdü.

Kapanadzenin dediyinə görə, görüş Saralidzenin evində, bugün səhər baş tutdu.

Onun dediyinə görə, sabah zaza Saralidze parlamentə öz vəkili ilə bərabər gedəcək.

” Zaza Saralidze ilə uzun sürən görüşümüz oldu. Sabah o parlamentə vəkili ilə bərabər gəlib, komisiyaya etimadının olub-olmadığını bildirəcək. Onunla bir çox detalı müzakirə etdik” – dedi Sergi Kapanadze.