Müttəhim Pentaqonun məxfi sənədlərini dərc etdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edilib
Müttəhim Pentaqonun məxfi sənədlərini dərc etdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edilib

22 yaşlı Cek Teyşeyra Pentaqonun məxfi sənədlərinin dərci ilə bağlı 15 il müddətinə azadlıqdan məhrum edilib. Saxlanılan şəxs özünü təqsirli bilib.

Bundan əlavə, iş üzrə prokurorlar hakimdən onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.

Milli Hava Qvardiyasının üzvü Cek Teyşeyra məxfi hərbi sənədləri sosial mediada yerləşdirməkdə ittiham edilib.

Cek Teyşeyra ötən il aprelin 13-də Massaçusets ştatının Dayton şəhərində Federal Təhqiqatlar Bürosunun keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib. Milli Hava Qvardiyasının Kəşfiyyat Bölməsinin İT mütəxəssisi kimi çalışıb.

Sosial şəbəkələrdə yayılan məxfi sənədlərdə Ukraynaya silah və digər texnikanın tədarükü ilə bağlı müfəssəl məlumatlar var. Sözügedən sənədlər ötən il fevralın 23-dən martın 1-nə kimidir və həqiqiliyi təsdiqlənməsə də, məxfi sənədlərdir.