Mütəşəkkil dəstə halında kommersiya rüşvəti faktı üzrə 1 nəfər saxlanılıb, bir nəfər isə ifşa edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində mütəşəkkil dəstə halında kommersiya rüşvəti faktı üzrə bir nəfəri saxlayıb, bir nəfəri isə ifşa ediblər.
“İş üzrə aparılmış istintaqla müəyyən edilib ki, MMC “Rustavi Şəhər №1 poliklinikası”nın direktoru İ.N. və eyni poliklinikanın həkimi M.T. Gürcüstanda yaşamaq hüququnun müddətinin başa çatması ilə əlaqədar deportasiya edilməli olan Misir Ərəb Respublikasının vətəndaşı üçün 2000 ABŞ dolları müqabilində sağlamlıq vəziyyəti ilə bağlı saxta arayış, forma N100 hazırlayıblar, sənəddə müxtəlif qeyri-mövcud xəstəliklər qeyd edilib və bu da müvafiq xidmətlərin həmin şəxsi ölkədən çıxarmasına mane olub”- DTX-dan bildirilib.
Əvvəlcədən razılaşdırılaraq mütəşəkkil dəstə halında kommersiya rüşvəti və saxta rəsmi sənədlərin hazırlanması-işə keçirilməsi faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin dördüncü hissəsinin “A” yarımbəndi və 362-ci maddəsinin birinci hissəsi ilə aparılır, bu cəza olaraq dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılır. İstintaqın gedişatında günahkar şəxslərin dairəsi genişlənə bilər.