Mütəxəssislər valideynlərə tövsiyyə edirlər ki, "Selia" uşaq qidasından istifadə etməkdən baş qaçırdsınlar
Fransa şirkəti Lactalis uşaq qidasının son partiyasını geri aparacaq. Bunun səbəbi, bir neçə ölkədə həmin qida məhsulunda salmonella bakteriyasının aşkarlanması oldu.
Uşaq qida məhsullarını istehsal edən Lactalis şirkəti istifadəçilərə müraciət edir ki, Celia, Picotvə Milumel məhsullarından istifadə etməsinlər, çünki qeyd olunan məhsullarda salmonella bakteriyası aşkarlandı.
Əgər uşaq qidası iki dəqiqə qaynadılmasa, Salmonella bakteriyası uşaqları zəhərləyə bilər və atəşinin yüksəlməsinə səbəb ola bilər.
Şirkətin bəyanatında deyilir ki, məhsulun dezinfeksiya və sanitar prosedurları həyata keçirilir və təhlükənin aradan qaldırıldığından sonra, məhsul yenidən istehsal ediləcək.
Ona qədər isə, şirkət bütün ölkələrdən məhsulun son partiyalarını geri aparır.
Lactalis məhsulu Çinə, Yunanistana, Taivana, Pakistana, İraqa, Marokkoya, Libana, Səudi Ərəbistana, Rumıniyaya, Serbiyaya, Haitiyə, Kolumbiyaya, Peruya və Gürcüstana da daxil olurdu.