Müstəntiq Mariana Çoloianiyə qarşı rəsmi ittiham irəli sürüldü
Müstəntiq Mariana Çoloianiyə qarşı rəsmi ittiham irəli sürüldü

15 yaşlı Luka Siradzeyi ifadə verməyə məcbur etmək faktı ilə bağlı həbs edilən müstəntiq Mariana Çoloianiyə qarşı rəsmi ittiham irəli sürüldü.

Baş prokurorluq tərəfindən yayılan məlumata görə, Marian Çoloianiyə qarşı Gürcüstanın Cinayət Məcəlləsinin 335-ci maddəsi ilə nəzərdə tutulan cinayətin iki epizodu təqdim edildi, hansı ki, ifadə verməyə zorlamağı nəzərdə tutur.

“Şahadı sorğulamaq məqsədi ilə, müstəntiq Mariana Çoloiani anası ilə bərabər departamentə çağırdı və yeniyetmələrin məsuliyyətə cəlb edilmə məcəlləsinə laqeyid davranaraq, ondan suçunu etiraf etməyi tələb etdi.

İmtina cavabı aldıqdan sonra isə, müstəntiq iki yeniyetməyi bir-biri ilə qarşılaşdırdı və yeniyetmələr psixoloji stres yaşadılar” – deyilir prokurorluğun bəyanatında.

Gürcüstanın baş prokurorluğu məhkəməyə müraciət edir ki, ittiham edilən müstəntiqə qarşı həbs qərarı çıxardılsın.