Müstəqillik Gününə həsr olunmuş tədbirlər Axalkalaki və Marneulidə qala-konsertlərlə başa çatıb
Mayın 26-da keçirilən tədbirin kulminasiya nöqtəsində, saat 17:10-da Axalkalaki və Marneulidə Gürcüstanın dövlət himni təntənəli şəkildə ifa olundu. Nümayişlərlə yanaşı, rəngarəng atəşfəşanlıq və minlərlə helium şarı havaya buraxıldı.
Müstəqillik Gününə həsr olunmuş tədbirlər qala-konsertlərlə başa çatdı.
Axalkalakidə Nodiko Tatişvili, Sopo Qelovani, Mariam Mamismedaşvili, Datuna Mqeladze və “Corcia” dueti, Marneulidə isə “Prani” qrupu, Temur Ğvitelaşvili, Eka Kaxiani, Nini Baduraşvili, Kristine İmedadze və Tako Qaçeçiladze hamı üçün tanınmış olan kompozisiyalar ifa ediblər.