Müstəqillik Günündə dost Ukrayna xalqına müharibənin tezliklə bitməsini, sülh və firavanlıq arzulayıram
Müstəqillik Günündə dost Ukrayna xalqına müharibənin tezliklə bitməsini, sülh və firavanlıq arzulayıram

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Hökumət başçısı dost Ukrayna xalqına müharibənin tezliklə başa çatmasını, ərazi bütövlüyünün bərpa olunmasını, sülh və firavanlıq arzulayır.

“Ukraynanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm! Dost Ukrayna xalqına müharibənin tezliklə başa çatmasını, ərazi bütövlüyünün bərpa olunmasını, sülh və firavanlıq arzulayıram!”-İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində qeyd edir.