Müstəqil hüquqşünaslar və vətəndaşlar təşəbbüs qrupu Parlament qarşısında hakimliyə namizədlərin siyahısının ləğv olunması tələbi ilə aksiya keçirirlər
Müstəqil hüquqşünaslar və vətəndaşlar təşəbbüs qrupu Parlament qarşısında hakimliyə namizədlərin siyahısının ləğv olunması tələbi ilə etiraz aksiya keçirirlər.
Aksiyanın təşkilatçısı, Kaxa Tsikaraşvilinin bəyan etdiyinə görə, 20 nəfərlik siyahı Mixeil Çinçaladze klanı tərəfindən seçilib və müstəqil məhkəməni təmin edə bilməz.
Aksiya iştirakçiları hüquqşünaslara müraciət etdilər ki, öz peşələrini müdafiə etsinlər.
Gürcüstan Parlamentində Ali Məhkəmənin hakimliyinə namizədlərlə söhbətləşmə prosesi keçirilir. Deputatlar bu gün Tamar Alaniyanı dinləyirlər.