Mustafa Emre Çabukun Türkiyəyə ekstradisiya məsələsini məhkəmə bugün müzakirə edəcək
Mustafa Emre Çabukun Türkiyəyə ekstradisiya məsələsini məhkəmə bugün müzakirə edəcək.
Müdafiyə tərəfi prosesdə əldə olan bütün dəlilləri təqdim edəcək.
Vəkil Vaxtanq Kvijinadzenin dediyinə görə, müəyyən dəlillər Mustafa Emre Çabukun Türkiyəyə ekstradisiyasından imtina etmək üçün yetərli əsas yaradır.
“Onun ekstradisiyasından dərhal imtina etmək lazımdır, çünki məsələ siyasi təqib ilə bağlıdır” – dedi Vaxtanq Kvijinadze.
Prokurorluq Mustafa Emre Çabukun Türkiyəyə ekstradisiyası tələbi ilə məhkəməyə dünən müraciət etdi.