Mustafa Emre Çabukun ekstradisiyası haqqında məhkəmə prosesi təxirə salındı
Mustafa Emre Çabukun ekstradisiyası haqqında məhkəmə prosesi təxirə salındı

Demirel Kolecinin meneceri Mustafa Emre Çabukun Türkiyə Respublikasına ekstradisiyası məsələsini müzakirə edən məhkəmə prosesi fevralın 19-na təxirə salındı.

Prosesin təxirə salınmasının səbəbi müdafiyə tərəfinin vasitəçiliyi oldu, hansına əsasən, müdafiyə tərəfi prokurorluq tərəfindən təqdim edilən mövqe ilə tanış olmaq üçün vaxt istədi.

Bugünki prosesdən sonra, Mustafa Emre Çabukun həyat yoldaşı Tuğba Çabuk bəyan etdi ki, ümid edir ki, hakim Çabukun işini detallı şəkildə müzakirə edəcək.

“Bugünki prosesdə hakimin işə göstərdiyi diqqət çox xoşuma gəldi. Artıq inanıram ki, bu işə daha böyük diqqətlə yanaşacaq” – dedi Tuğba Çabuk.

Ekstradisiya prosedurları ilə paralel olaraq, Mustafa Emre Çabukun tələbinə əsasən, ona qaçqın statusunun verilməsi ilə bağlı proses davam edir.  Qeyd edilməlidir ki, müvafiq nazirlik ona qaçqın statusu verməkdən imtina etmişdi.