Mustafa Emre Çabuk - İnanıram ki, məhkəmə mənim Türkiyəyə ekstradisiyam haqqında qərar verməyəcək
“İnanıram ki, məhkəmə mənim Türkiyəyə ekstradisiyam haqqında qərar verməyəcək, çünki Gürcüstan demokratik və azad bir ölkədir, – bu barədə bəyanatı jurlanistlərə Demirel Kolecinin meneceri Mustafa Emre Çabuk verdi.
Emre Çabukun dediyinə görə, o gürcü məhkəməsinin ədalətinə inanır.
“Amnesty International dünyada insan hüquqlarını qoruyan ən güclü təşkilatdır. Onun Gürcüstandaki rəhbərinə böyük təşəkkürümü bildirmək istəyirəm, çünki mənə çox dəstək verdi.
Mənim həbs edildiyim dövrdə, təşkilatın rəhbəri ilə birlikdə mənə dəstək verən xalq müdafiyəçisi idi. Onlara və mənə dəstək olan bütün təşkilatlara təşəkkür edirəm. Həbs müddətim başa çatdı, ancaq məhkəmə prosesi davam edir. Gürcü məhkəməsinin ədalətinə və müstəqilliyinə inanıram, çünki Gürcüstan azad və demokratik bir ölkədir” – dedi Mustafa Emre Çabuk.