Müsəlman və ərəb ölkələri Qəzzada hərbi əməliyyatın dərhal dayandırılmasını tələb edir və fələstinlilərə qarşı cinayətlərə görə məsuliyyəti İsrailin boynuna qoyur
Müsəlman və ərəb ölkələri Qəzzada hərbi əməliyyatın dərhal dayandırılmasını tələb edir və fələstinlilərə qarşı cinayətlərə görə məsuliyyəti İsrailin boynuna qoyur

Müsəlman və ərəb ölkələri Qəzzada hərbi əməliyyatın dərhal dayandırılmasını tələb edir və fələstinlilərə qarşı cinayətlərə görə məsuliyyəti İsrailin boynuna qoyur. Bu barədə İslam və ərəb dövlətləri liderlərinin Ər-Riyadda keçirilən sammitinin kommünikesində bildirilib.

İclasda İran, Türkiyə, Qətər və Suriya da daxil olmaqla onlarla ölkənin lideri iştirak edib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın dediyinə əsasən, “Krallıq Fələstindəki qardaşlarımıza qarşı vəhşi müharibəni qınayır və qəti şəkildə rədd edir”.

“Biz Təhlükəsizlik Şurasının və beynəlxalq hüququn yenildiyini təsdiqləyən humanitar fəlakətlə üz-üzəyik, İsrail tərəfindən humanitar hüququn kobud şəkildə pozulmasına son qoyulsun”,- Şahzadə bin Salman sammitdəki çıxışında deyib:

Sammitdə də iştirak edən Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas fələstinlilərin “soyqırım müharibəsi” ilə üz-üzə olduğunu bildirib. O, ABŞ-ı İsrailin “aqressiya”sını dayandırmağa çağırıb.

İran prezidenti İbrahim Rəyisi “HƏMAS”ı İsrailə qarşı apardığı müharibəyə görə tərifləyib və İslam ölkələrini İsrailə ərzaq və neft ixracını blok etməyə çağırıb.

“İsrailə müqavimət göstərməkdən başqa yol yoxdur və biz İsrailə müqavimət göstərdiyi üçün “HƏMAS”ın əllərindən öpürük”, – “Reuters” Rəyisin sözlərini sitat gətirib.