Bir aylıq orucdan sonra, bu gün müsəlman aləmi Ramazan Bayramını qeyd edir. Batumi Mərkəzi Məscidində gürcü müsəlmanları bayram namazını qıldılar. İnsanların çox olmasına görə, möminlərin bir hissəsi namazını küçədə qılmalı oldu. Böyük hissəsi isə, dindarların Batumidə yeni məscidin tikilməsini tələb etdikləri ərazidə toplaşdı.
Ramazan ayı zamanı bir ay ərzində dindarlar günəşin çıxmasından batmasına qədər nə qida nə su qəbul edirlər. Bayram günü isə, bir-birlərinə şirniyyatlar verirlər, fitrə çıxırlar və əcdadlarının qəbirlərini ziyarət edirlər.
Gürcü müsalmanlarını bayram münasibətilə Batumi Məscidində Acara hökumətinin sədri, Tornike Rijvadze və başqa hökumət nümayəndələri təbrik etdilər.