Müşahidəçi Xuan Efrain Roşa - olduğumuz seçki məntəqələrində heç bir qanun pozuntusu görmədik, seçkilər heç bir maneəsiz keçdi
Müşahidəçi Xuan Efrain Roşa - olduğumuz seçki məntəqələrində heç bir qanun pozuntusu görmədik, seçkilər heç bir maneəsiz keçdi

Yaxşı seçki günü idi. “Bizim olduğumuz seçki məntəqələrində heç bir qanun pozuntusu görmədik”, – beynəlxalq müşahidəçi Xuan Efrain Roşa bildirib.

Onun sözlərinə görə, seçkilər heç bir maneəsiz keçirilib.

“Biz bir neçə seçki məntəqəsində olduq, bir neçəsi Tbilisidə, biri isə şəhərdən kənarda. Məncə, proses çox mütəşəkkil keçdi. Olduğumuz seçki məntəqələrində heç bir qanun pozuntusu görmədik. Biz prosesdən razıyıq. Günün sonunda Tbilisidə rayonun bağlanışında iştirak etdik. Yekun olaraq qeyd edək ki, müşahidələrimizə görə, seçkilər heç bir maneəsiz keçib. Fikrimcə, yaxşı seçki günü idi”. – Xuan Efrain Roşa dedi.