Müşahidəçi Fani Laiko - Gürcüstanda seçkilər bütün müvafiq kriteriumlara cavab verdi, Avropa demokratik dəyərlərinə hörmət edildi, hər şey qaydalara uyğun keçdi
Gürcüstanda seçkilər bütün müvafiq kriteriumlara cavab verdi, Avropa, demokratik dəyərlərə hörmət edildi, hər şey qaydalara uyğun keçdi. – bu barədə beynəlxalq ekspertlər qrupunun nümayəndəsi Fani Layko bildirib.
Onun sözlərinə görə, seçicilər heç bir maneə olmadan seçki məntəqələrində səs verə biliblər, zorakılıq olmayıb.
“Biz beş seçki məntəqəsində olduq, ikisi Tbilisidə, üçü isə regionlarda. Bu gün biz çox azad və ədalətli seçkilər gördük. Seçicilərə heç bir maneə yox idi. Bütün vətəndaşlar asanlıqla səs verə bilərdi. Heç bir zorakılıq görmədik, hər şey mükəmməl şəkildə edildi. MSK-nın əməkdaşları peşəkarcasına işləyirdilər. Deyə bilərik ki, seçkilər bütün müvafiq meyarlara cavab verdi və Avropa, demokratik dəyərlərə hörmət edildi. Hər şey qaydalara uyğun idi”. Fani Laiko bildirib.