Müsabiqə Komissiyası MSK sədrliyi və komissiya üzvlüyü üçün 22 namizədlə müsahibələri tamamladı
Müsabiqə Komissiyası MSK sədrliyi və komissiya üzvlüyü üçün 22 namizədlə müsahibələri tamamladı

 

Müsabiqə komissiyası MSK sədrliyi və komissiya üzvlüyü üçün 22 namizədlə müsahibələri tamamladı.

QHT-ları və elmi dairələrdən ibarət 11 nəfərlik komissiya elə bu gün bir vakant yer üçün minimum iki və maksimum üç namizədi seçib prezidentə təqdim edəcək. Müsabiqə komissiyasının qərarı günün sonuna qədər elan ediləcək və bundan sonra prezident Salome Zurabişvilinin ya komissiyanın seçimi ilə razılaşmaq, ya da razı olmamaq hüququ var.

Razı olması halında, prezident MSK sədrliyinə və üzvlüyünə namizədləri təsdiq üçün parlamentə təqdim edəcək. Daha sonra proses qanunverici orqanda davam etdiriləcək.

Müsabiqə komissiyası iki gün ərzində, Mərkəzi Seçki Komissiyasının sədrinin vakant vəzifəsinə 7 aplikant və komissiyanın 2 üzvünü seçilməsi üçün 15 namizədi dinləyirdi. Onların dinlənilməsi prosesi Gürcüstanın Birinci Kanalının – 1tv.ge veb portalı vasitəsilə fasiləsiz olaraq yayımlanırdı.

Bugünkü gün bütövlükdə, Mərkəzi Seçki Komissiyası üzvlüyünə yeddi namizədin dinlənilməsinə həsr edilmişdi.

Yeni Seçki Məcəlləsinə görə, MSK sədrini 5 il müddətinə parlament səslərin 2/3-si ilə seçir. Bu o deməkdir ki, Mərkəzi Seçki Komissiyasının yeni sədrini təsdiqləmək üçün parlament çoxluğunun müxalifətin səsinə də ehtiyyacı var. Əgər, qanunverici orqanda lazım olan 100 səs iki dəfə toplanmazsa, deputatlar səslərin 3/5-i ilə yəni 90 səslə sədri seçməyə çalışacaqlar. Parlament çoxluğu ilə müxalifət arasında konsensus əldə olunmaz isə, parlament MSK sədrini 76 səslə, yalnız altı ay müddətində təsdiqləyəcək.