Müsabiqə komissiyası Fərdi Məlumatların Mühafizəsi və Xüsusi İstintaq Xidmətlərinin rəhbərləri vəzifələrinə seçilmiş namizədləri İrakli Ğaribaşviliyə təqdim edəcək
Müsabiqə komissiyası Fərdi Məlumatların Mühafizəsi və Xüsusi İstintaq Xidmətlərinin rəhbərləri vəzifələrinə seçilmiş namizədləri İrakli Ğaribaşviliyə təqdim edəcək

 

Müsabiqə komissiyası Fərdi Məlumatların Mühafizəsi və Xüsusi İstintaq Xidmətlərinin rəhbərləri vəzifələrinə seçilmiş namizədləri İrakli Ğaribaşviliyə təqdim edəcək.

Bu barədə jurnalistlərə Müsabiqə Komissiyasının üzvü olan parlamentin Hüquqi Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili məlumat verib.

Onun izahatına görə, baş nazirə parlamentə təqdim etməsi üçün Fərdi Məlumatların Mühafizəsi və Xüsusi İstintaq Xidmətinin rəhbərləri vəzifəsinə üç-üç namizəd irəli sürüləcək.

Anri Oxanaşvilinin verdiyi məlumata əsasən, Fərdi Məlumatların Mühafizəsi Xidmətinin rəhbəri vəzifəsinə- Kaxa Mağradze, Lela Canaşvili və Tamar Alpaidzenin namizədliyi, Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsinə isə- Elene Alaverdaşvili, Emzar Qaqnidze və Karlo Katsitadzenin namizdəliyi irəli sürüləcək. Qanunvericiliyə əsasən, baş nazir parlamentə hər vəzifə üzrə iki -iki namizəd irəli sürməlidir.