Mürəkkəb meteoroloji vəziyyət səbəbilə "Ğazbeqi" gömrük-keçid məntəqəsi fəaliyyətini müvəqqəti olaraq dayandırır
Mürəkkəb meteoroloji vəziyyət səbəbilə "Ğazbeqi" gömrük-keçid məntəqəsi fəaliyyətini müvəqqəti olaraq dayandırır

 

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumata görə, Dariali dərəsindəki mövcud mürəkkəb meteoroloji vəziyyətdən irəli gələrək yaranmış fövqəladə vəziyyət səbəbilə, “Ğazbeqi” gömrük- keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb.

“Bol yağıntı nəticəsində, daşmış çaylar (“Terqi” və “Devdorak”) Rusiya Federasiyası ilə sərhədə yaxın (Dariali-Larsın 165-ci kilometri) Gürcüstan və Rusiyanı birləşdirən beynəlxalq əhəmiyyətli yolun bir hissəsini zədələyib.

Gürcüstanın gömrük sərhədində malların daxil edilməsi-çıxarılması, eləcə də qeyd olunan gömrük keçid məntəqəsindən keçməklə dövlət sərhədindən keçən fiziki şəxslərə yönəlik gömrük nəzarəti prosedurları həyata keçirilə bilməyəcək.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə, aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Ğazbeqi” gömrük-keçid məntəqəsinin əməkdaşları və sərnişinlər mühafizə olunan/təhlükəsiz əraziyə köçürülüblər.

Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra “Ğazbeqi” gömrük-keçid məntəqəsi adi rejimdə tam gücü ilə fəaliyyətini davam etdirəcək. Müvafiq olaraq, sərnişinlərin və yüklərin daşınması problemsiz həyata keçiriləcək.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti cari hadisələrlə bağlı ictimaiyyəti və mətbuatı mütəmadi olaraq yenilənmiş məlumatlarla təmin edəcək” – deyə Gəlirlər Xidmətinin məlumatında bildirilir.