Munisipal Müfəttişliyi Afrika qəsəbəsində bir sıra icazəsiz tikililərin sökülməsini həyata keçirdi
Munisipal Müfəttişliyi Afrika qəsəbəsində bir sıra icazəsiz tikililərin sökülməsini həyata keçirdi

Munisipal Müfəttişliyi Samqori rayonunda, Afrika qəsəbəsində bir sıra icazəsiz tikililərin sökülməsini həyata keçirdi, – bu barədə Tbilisi Munisipal Müfəttişliyinin bəyanatında qeyd olunur.

İdarədən verilən məlumata görə, aparılan yoxlama nəticəsində dövlət mülkiyyətində olan torpaq sahələrində, o cümlədən tikinti mərhələsində olan üç əsaslı tikilidə, iki taxta konstruksiyada və bir bünövrədə bir neçə tikinti pozuntusu faktı aşkar edildi.

“Tbilisi Munisipal Müfəttişliyi bir neçə gün əvvəl qanun pozucularına qanunsuz tikintini dayandırıb sökülməyə başlamaq barədə xəbərdarlıq etsə də, vətəndaşlar tikinti prosesini dayandırmayıblar. Munisipal Müfəttişliyi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət torpağında yerləşən qanunsuz tikililər sökülməsini həyata keçirdi”, – Munisipal Müfəttişliyində bəyan edirlər.