Münhendə təhlükəsizlik konfransı çərçivəsində İrakli Ğaribaşvili, Nikol Paşinyan və İlham Əliyevin iştirakı ilə panel müzakirəsi keçirilir
Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində “Hərəkət edən dağlar – Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı panel keçirilir.
Paneldə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər.
Disskusiyanın spikeri, Kristof Heusgenin qeyd etdiyi kimi, bu tarixi görüşdür.
“Mən bilmirdim, Azərbaycan prezidenti mənə dedi ki, bu tarixi görüşdür. Tarixdə ilk dəfə olaraq Cənubi Qafqazın hər üç lideri bir-biri ilə görüşür. Bilirəm ki, hər üç ölkənin Xarici İşlər nazirləri artıq görüşüblər və bu çox əhəmiyyətli hadisədir. İştirakınıza görə hamınıza təşəkkürlər”, – disskusiyanın spikeri bəyan etdi.