Münhen-Tbilisi-Münhen hava xəttində requlyar aviareyslər avqustun 2-dən başlayacaq
Almaniyanın Lufthanza şirkəti Gürcüstan iqtiqamətinə doğru requlyar aviareysləri avqustun 2-dən həyata keçirəcək.
Vətəndaş Aviasiyası Agentliyinin məlumatına görə, Gürcüstanın İqtisadiyyat Nazirliyi və avia-şirkət arasındaki texniki danışıqlar artıq başa çatdı.
Aviareyslər Airbus A 319 tipli təyyarə ilə, həftədə iki dəfə növbəti qrafiklə həyata keçiriləcək:
• Münhen – Tbilisi istiqamətinə hər cümə axşamı və bazar günü;
• Tbilisi – Münhen istiqamətinə hər çərşənbə və cümə günü.