Mümkün destabilizasiya və iğtişaşlar salınması ilə əlaqədar olaraq DTX-də ifadələrin alınması planlaşdırılır, mövcud məlumata əsasən dindirilənlər arasında Serbiyanın üç vətəndaşı var
Mümkün destabilizasiya və iğtişaşlar salınması ilə əlaqədar olaraq DTX-də ifadələrin alınması planlaşdırılır, mövcud məlumata əsasən dindirilənlər arasında Serbiyanın üç vətəndaşı var

 
Mümkün destabilizasiya və iğtişaşlar salınması ilə əlaqədar olaraq DTX-də ifadələrin alınması planlaşdırılır.

Serbiyanın üç vətəndaşı istintaq orqanına çağırılıb. Mövcud məlumata əsasən, onlar “Kanvas” qrupunun üzvləridir və seminarda iştirak etmək üçün Gürcüstana gəliblər. İstintaq prosesi saat 15:00-a təyin edilmişdi, lakin dindiriləcək şəxslər bu vaxta qədər quruma getməyiblər.

Sentyabrın 18-də Dövlət Təhlükəsizliyi Xidməti “Gürcüstanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən bir qrup şəxs Gürcüstanda sabitliyin pozulması və vətəndaş iğtişaşları planlaşdırır, onların son məqsədi hakimiyyəti zorakılıqla dəyişdirməkdir”-deyə məlumat yayıb. DTX Gürcüstanda sabitliyin pozulması planının təşkilatçıları kimi Qiorqi Lortkipanidze, Mixeil Baturin və Mamuka Mamulaşvilinin adından bəhs edir.