Mülki Aviasiya Agentliyinin məlumatına görə, Gürcüstanda "Red Wings" aviaşirkəti fəaliyyətə başlayır
Cari ilin iyun ayından “Red Wings” aviaşirkəti Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva hava xəttləri üzrə fəaliyyətə başlayır, – məlumatı Mülki Aviasiya Agentliyi yayır.
Mülki Aviasiya Agentliyinin məlumatına görə, aviaşirkət Avropa İttifaqının qara siyahısında deyil.
“Red Wings” şirkətinin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi müraciətlərə əsasən, Soçi-Tbilisi-Soçi istiqamətində cari ilin 2 iyun tarixindən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri həftədə 3 tezliklə olmaqla çoxsaylı çarter reysləri həyata keçiriləcək. Moskva-Kutaisi-Moskva hava xətti üzrə çarter reysləri də cari il iyunun 2-dən həftədə 3 dəfə, hər bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək.
Gürcüstanın Mülki Aviasiya Agentliyi aviaşirkətə uçuşlar üçün lazımi icazəni cari il mayın 18-də verdi”, – məlumatda deyilir.