Mülki Aviasiya Agentliyi - iyun ayından biz "Belavia"nın “Boing” tipli təyyarələrlə Gürcüstanda fəaliyyətini məhdudlaşdırmışıq, "Belavia"ya qarşı yeni sanksiyaları öyrənəcəyik və bundan sonra müvafiq cavab veriləcək
Mülki Aviasiya Agentliyinin məlumatına görə, bu ilin iyun ayından qurum Gürcüstanda “Belavia” aviaşirkətinin “Boing” tipli təyyarələrlə fəaliyyətini məhdudlaşdırıb.
Onların məlumatlarına görə, agentlik “Belavia” aviaşirkətinə qarşı tətbiq edilən yeni sanksiyaları öyrənəcək və yalnız bundan sonra müvafiq cavab veriləcək.
“Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi sərnişinlərin, uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədlərindən çıxış edərək, beynəlxalq mülki aviasiya təşkilatları və mülki aviasiya istehsal edən şirkətlər tərəfindən tətbiq edilən sanksiyalar və məhdudiyyətlərə dair daim monitorinq aparır. İstehsalçının tətbiq etdiyi sanksiyalara əsasən, Gürcüstanın Mülki Aviasiya Agentliyi bu ilin iyun ayından etibarən “Belavia”nın Gürcüstanda “Boeing” tipli təyyarələrlə fəaliyyətini məhdudlaşdırıb. Müvafiq olaraq, adıçəkilən aviaşirkətin Gürcüstan istiqamətində uçuşları “Embraer” təyyarələri ilə həyata keçirilir.
Agentlik aidiyyəti dövlət qurumları ilə birlikdə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Departamentinin “Belavia” aviaşirkətinə qarşı tətbiq etdiyi yeni sanksiyaları ətraflı öyrənəcək və yalnız bundan sonra müvafiq cavab veriləcək”, – məlumatda deyilir.